Az | EN

"XAI"ın yeni Grok-3 modeli təqdim edilib

Nigar Sultanli
18 Fevral 2025 15:16
125 baxış
"XAI"ın yeni Grok-3 modeli təqdim edilib

İlon Maskın süni intellekt şirkəti xAI, bazar ertəsi günü ən yeni süni intellekt modeli Grok 3-ü təqdim edib və Grok iOS və veb tətbiqləri üçün yeni funksiyalar açıqlayıb.Grok, OpenAI-nin GPT-4o və Google-nun Gemini modeli kimi qabaqcıl süni intellekt sistemlərinə cavab olaraq yaradılıb. Bu model şəkilləri təhlil edə bilir, suallara cavab verə bilir və Maskın sahibi olduğu X sosial şəbəkəsində bir çox funksiyanı gücləndirir. Grok 3-ün 2024-cü ildə təqdim olunması planlaşdırılmışdı, lakin bu tarix gecikdirilmişdi.

Maskın sözlərinə görə, Grok 3, əvvəlki versiya olan Grok 2-dən 10 dəfə güclü hesablama imkanlarına malikdir. Model Memfisdə yerləşən nəhəng məlumat mərkəzində, 200,000 GPU istifadə olunaraq hazırlanıb. Grok 3-ün öyrədilməsi üçün böyük həcmdə məlumatdan istifadə edilib, hətta məhkəmə sənədləri də bu verilənlər bazasına daxil edilib.

Yeni süni intellekt modeli bəzi sahələrdə OpenAI-nin GPT-4o modelini üstələdiyini iddia edir. Xüsusilə riyaziyyat, elm və proqramlaşdırma sahələrində daha yüksək dəqiqliklə cavab verə bilən məntiqi düşünmə modeli - Grok 3 Reasoning təqdim edilib. Bu model öz cavablarını faktiki yoxlama apararaq verir.

Bundan əlavə, xAI yeni "DeepSearch" funksiyasını da təqdim edib. Bu funksiya OpenAI-nin süni intellektlə araşdırma alətlərinə alternativ olaraq yaradılıb və internetdə məlumat toplayıb xülasə təqdim edə bilir.

X sosial şəbəkəsində "Premium+" abunəliyi (aylıq $50) olan istifadəçilər Grok 3-ə ilk giriş imkanı əldə edəcəklər. Digər inkişaf etmiş funksiyalar isə "SuperGrok" adlı yeni abunə ilə əldə ediləcək. Qiyməti aylıq $30 və ya illik $300 olması gözlənilir. SuperGrok abunəliyi məntiqi düşünmə modellərinə, DeepSearch axtarışına və məhdudiyyətsiz şəkil yaratma funksiyasına çıxış verir.

Gələcək həftələrdə Grok 3-ə səsli danışıq funksiyası əlavə ediləcək. Şirkət, həmçinin bir neçə ay ərzində Grok 2-nin açıq mənbə kodunu paylaşmağı planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az