Az | EN

"Zoom 2.0" süni intellekt əsaslı şirkət kimi yenidən fəaliyyətə başlayır

Röya Yusifbəyli
28 Noyabr 2024 21:12
51 baxış
"Zoom 2.0" süni intellekt əsaslı şirkət kimi yenidən fəaliyyətə başlayır

Pandemiya dövründəki yüksəlişindən illər sonra, "Zoom Communications" hələ də böyük texnologiya şirkətləri ilə rəqabət aparmağa çalışır.

Belə ki, "Zoom" adını "Zoom Video Communications Inc."dən sadəcə "Zoom Communications Inc."ə dəyişir. Şirkətin bloqunda "Zoom Communications"un "CEO"su "Eric Yuan" yazır ki, ""Zoom" indi insanların əlaqəsi üçün süni intellekt əsaslı iş platformasıdır və müasir, hibrid iş həlləri təqdim edir". Bu dəyişiklik, şirkətin 2020-ci ildə yüksəliş dövrü ilə müqayisədə daha qeyri-müəyyən görünür. Həmin dövrdə "Zoom Meetings" məhsulunun adı video konfranslarla bir çəkilirdi və şirkətlər işçilərini evdən işləməyə məcbur etdiyi üçün böyük populyarlıq qazanmışdı.

İndi isə "Zoom" yalnız video ilə tanınmaq istəmir, çünki işçilər ofislərə qayıdıb və "Google", "Microsoft" və "Slack" kimi daha çox resursa malik böyük rəqiblər, artıq şirkətlərin ödədiyi ofis paketlərinə video funksiyasını daxil ediblər.

2020-ci ilin sonuna qədər "Zoom"un illik gəliri dörd dəfə artmışdı, lakin 2022-ci ilin əvvəlində proqnozlar dəyişdi. "Wedbush" analitiki Den Ives xəbərdarlıq etmişdi ki, "evdən iş modelindən faydalanan, yəni "Netflix", "Facebook", "Zoom", "Peloton" kimi şirkətlər üçün böyümə sürətlə azalacaq." Həm "Peloton", həm də "Zoom" üçün növbəti bir neçə ay və il ərzində bu proqnoz reallaşdı.

Ancaq "Zoom" daha geniş kommunikasiya alətləri təqdim etməklə rəqabətə cavab verdi. İlk addım olaraq "Zoom Team Chat" istifadəyə verildi. İndi "Zoom", "Google" və "Microsoft"un "Office" məhsuldarlıq tətbiqlərinə bənzər tam paket təqdim edir: "Zoom Workplace". Bu paket işgüzar e-poçt müştərisi, məhsuldarlıq proqramları və daha çoxunu ehtiva edir.

"Zoom"un "CEO"su Eric Yuan, yayda "Decoder"də çıxışı zamanı belə demişdi:

“Bu günlərdə ya telefon zəngləri edir, ya iclaslara qoşulur, ya e-poçt göndərir, ya da spam e-poçtları silib bəzi mesajlara cavab yazırıq. Hamımız çox məşğuluq. Süni intellektdən və "Zoom Workplace"dən istifadə edərək bu işləri tamamilə avtomatlaşdırmaq mümkündürmü? Bu, bizim üçün çox vacibdir.”

"Zoom"un "AI Companion 2.0" modeli oktyabr ayında təkmilləşdirilmiş xülasə və köməkçi alətlərlə təqdim edildi. Yuan deyir ki, bu vasitə “tam fərdiləşdirilə bilən, təşkilati biliklə təchiz olunmuş rəqəmsal əkiz yaradacaq,və həftədə 1 gün daha az yalnız dörd gün işləməyə imkan verəcək.”

© copyright 2022 | tech.az | info@tech.az