Az | EN

Rəşad Nəbiyev Birləşmiş Krallıqda texnologiya icması ilə görüşüb

Cəmil Hüseynzadə
05 Mart 2026 17:54
51 baxış
Rəşad Nəbiyev Birləşmiş Krallıqda texnologiya icması ilə görüşüb

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev Birləşmiş Krallıqda texnologiya sahəsində çalışan diaspora nümayəndələri və bu istiqamətdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib.

Görüş zamanı Azərbaycanın rəqəmsal və süni intellekt əsaslı transformasiya mərhələsinə qədəm qoyduğu vurğulanıb, bu istiqamətdə ölkədə həyata keçirilən layihələr və görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, genişmiqyaslı rəqəmsallaşma, insan kapitalına yatırımlar və 2026–2028-ci illər üçün təsdiqlənmiş Fəaliyyət Planı çərçivəsində əsas hədəf Azərbaycanın regionun etibarlı rəqəmsal mərkəzinə çevrilməsidir.

Eyni zamanda diaspora nümayəndələri bilik və təcrübə mübadiləsinə, birgə layihələrin icrasına və texnoloji diplomatiya istiqamətində daha fəal əməkdaşlığa dəvət olunublar.

© copyright 2022 | tech.az | info@tech.az