Az | EN

Revolut İsveçrədə "private banking" xidmətləri hazırlayır

Cəmil Hüseynzadə
27 Aprel 2026 13:26
49 baxış
Revolut İsveçrədə "private banking" xidmətləri hazırlayır

Revolut İsveçrədə private banking (şəxsi bankçılıq) və sərvət idarəçiliyi xidmətləri qurmaq üçün addımlar atır. Şirkətin bu ölkədə ayrıca bank komandası formalaşdırdığı və yerli bank lisenziyası almağı planlaşdırdığı bildirilir.

Məlumata görə, Revolut İsveçrə bazarında UBS kimi iri banklarla rəqabət aparmağı hədəfləyir. Şirkətin “Head of Legal (Swiss Private Bank)” vəzifəsi üzrə elanında müştərilərlə bağlı sənədlərin hazırlanması, investisiya və ticarət məhsulları üzrə hüquqi məsləhətlərin verilməsi, həmçinin bu məhsulların təşviqi kimi vəzifələr yer alır.

Namizədlərdən sərvət idarəçiliyi və ticarət sahəsində ən azı 10 illik təcrübə, eləcə də İsveçrənin əsas maliyyə qanunları üzrə dərin bilik tələb olunur.

Bu addım Revolut-un İsveçrədə private banking planlarının ilk konkret siqnalı hesab edilir. Şirkət daha əvvəl bu xidmətləri əvvəlcə Avropa İttifaqında, daha sonra isə Böyük Britaniyada istifadəyə verməyi planlaşdırdığını açıqlamışdı.

© copyright 2022 | tech.az | info@tech.az