Az | EN

Roborock Azərbaycanda iki yeni ağıllı təmizlik cihazını təqdim edir

Cəmil Hüseynzadə
07 Noyabr 2026 10:22
87 baxış
Roborock Azərbaycanda iki yeni ağıllı təmizlik cihazını təqdim edir

Ağıllı təmizlik texnologiyaları istehsalçısı Roborock Azərbaycanda F25 Ultra yuyucu tozsoranını və Qrevo Curv 2 Flow robot tozsoranını təqdim edir. Yeni modellər çətin ləkələrin təmizlənməsi, saç və tüklərin fırçalara dolaşmasının azaldılması, eləcə də gündəlik ev təmizliyinin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Roborock F25 Ultra döşəmələrin buxar və isti su ilə təmizlənməsinə, Qrevo Curv 2 Flow isə təmizlik zamanı mop rulonunu davamlı yumaqla çirkli suyun yenidən döşəməyə yayılmasının azaldılmasına yönələn texnologiyaları ilə seçilir.

Roborock ağıllı təmizlik həlləri ilə tanınan aparıcı brendlərdən biridir. Şirkətin innovativ məhsul xəttinə robot tozsoranlar, simsiz və yaş-quru tozsoranlar, robot qazonbiçənlər və yuyucu-quruducular daxildir. İstifadəçi yönümlü yanaşmaya əsaslanan Roborock-un tədqiqat və inkişaf (R&D) sahəsində hazırladığı həllər 170-dən çox ölkə və regionda on milyonlarla evin müxtəlif təmizlik ehtiyaclarına cavab verir.

IDC-nin 2025-ci il üzrə Worldwide Quarterly Smart Vacuum Robotics Tracker hesabatına əsasən, Roborock 5,8 milyon ədəd məhsul tədarükü və 17,7% bazar payı ilə ağıllı təmizlik robotları kateqoriyasında dünya lideri olub. Şirkət robot tozsoranlar kateqoriyasında da ardıcıl üçüncü il liderliyini qoruyub. 2025-ci ilin ikinci yarısında bu bazardakı payı 24,1%-ə çatıb və şirkət 2023-cü ilin ikinci yarısından etibarən birinci mövqeyini saxlayıb. Euromonitor International-ın 2025-ci il məlumatlarında da Roborock pərakəndə satış dəyərinə görə dünyada birinci yerdə qərarlaşıb.

Roborock-un beynəlxalq əməkdaşlıqları arasında Real Madrid C.F. ilə qlobal tərəfdaşlıq da xüsusi yer tutur. Hər iki tərəf inanır ki, əsl böyüklük mükəmməlliyə doğru yorulmadan çalışmaqdan doğur. Bu tərəfdaşlıq Roborock-un davamlı innovasiyalara, ağıllı təmizlik təcrübəsinin inkişafına və insanların həyat keyfiyyətinin yüksəldilməsinə verdiyi önəmi də əks etdirir.

Şirkətin 2026-cı ilin ilk yarısında tədqiqat və inkişafa ayırdığı vəsait 720 milyon Çin yuanı təşkil edib. Bu məbləğ ümumi gəlirin 7,14%-nə bərabərdir. Avropa robot tozsoran bazarında Roborock-un payı 45%-ə çatıb. Eyni dövrdə şirkətin yaş-quru tozsoranlarının satış həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 112% artıb.

F25 Ultra: buxar və isti su ilə təmizlik

Roborock F25 Ultra bir cihazda iki yüksək temperaturlu təmizlik rejimini birləşdirir. VaporFlow™ texnologiyası 180°C buxardan istifadə edərək qurumuş və çətin çıxan ləkələri yumşaltmağa, səthin təmizlənməsinə və dezinfeksiyasına kömək edir. Bu rejimdə təmizləyici məhlul tələb olunmur. WaveFlow™ texnologiyası isə axar isti su ilə xüsusilə mətbəxdə yaranan yağ ləkələrinin təmizlənməsi üçün nəzərdə tutulub.

 

Modelin HyperForce® sistemi 22 000 Pa sorucu güc və 33 N aşağı təzyiq təmin edir. DirTect® sensoru çirklənməni real vaxtda müəyyən edərək sorucu gücü və su axınını tənzimləyir. JawScrapers™ texnologiyası saç və tüklərin fırçaya dolaşmasını azaltmağa kömək edir. Blue Light Illumination işıqlandırması isə zəif işıqlı sahələrdə və mebel kənarlarında gözlə çətin görünən toz hissəciklərini aşkar etməyə imkan verir.

SlideTech™ 2.0 sistemi iki fırçasız mühərriklə cihazın idarə edilməsini asanlaşdırır və 70 dərəcəyə qədər dönməyə imkan verir. FlatReach® 2.0 texnologiyası sayəsində cihaz 180 dərəcə açılaraq mebelin altına daxil ola bilir; bu vəziyyətdə korpusun hündürlüyü 12,5 sm təşkil edir.

F25 Ultra avtomatik rejimdə 60 dəqiqəyədək işləyə və istehsalçı sınaqlarına əsasən bir enerji doldurulması ilə 500 m²-dək sahəni təmizləyə bilir. Buxar rejimində işləmə müddəti 20 dəqiqə, isti su rejimində isə 15 dəqiqədir. Təmiz su çəninin tutumu 1 000 ml, çirkli su çəninin tutumu 720 ml, batareyanın tutumu 4 600 mAh-dır. Cihazın çəkisi 5,75 kq, dok-stansiya ilə birlikdə isə 10 kq-dır.

Özünü təmizləmə sistemi fırçanı buxar və ya isti su ilə təmizləyir, sonra 95°C isti hava ilə qurudur. Qurutma mərhələsi 5 dəqiqə davam edir. TÜV SÜD sınaqlarında buxar rejimində bakteriyaların təmizlənməsi ən azı 99,99%, allergenlərin azaldılması isə ən azı 99,9% nəticə göstərib. İsti su rejimində yemək yağının təmizlənməsi göstəricisi 100% olub. SGS sınağında 50 sm uzunluğunda 2 000 saç telinin dolaşması üzrə nəticə 0% təşkil edib.

F25 Ultra 2026-cı ildə Better Homes & Gardens nəşrinin Clean House Awards mükafatına da layiq görülüb. Jurnalın redaktor və ekspertləri tərəfindən sınaqdan keçirilən 200-ə yaxın məhsul arasından seçilən 50 məhsuldan biri olub.

Qrevo Curv 2 Flow: özünü təmizləyən mop rulonu

Roborock Qrevo Curv 2 Flow robot tozsoranının əsas xüsusiyyəti döşəməni yuyarkən mop rulonunu davamlı təmizləməsidir. Spiraflow Real-Time Self-Cleaning Mop texnologiyası rulonu təmizlik prosesi boyunca yuyaraq çirkli suyun yenidən döşəməyə yayılmasını azaltmağa yönəlib.

 

Modelin mop sistemi 15 N təzyiq göstərir və dəqiqədə 220 dövr edir. 270 mm enində rulon divar kənarlarına yaxın sahələrin təmizlənməsi üçün nəzərdə tutulub. Xalça üzərinə keçərkən Innovative Roller Shield sistemi avtomatik açılaraq xalça ilə yaş mop arasında qoruyucu sədd yaradır. Mop xalçanın üzərinə qalxdıqda 15 mm hündürlüyə qaldırıla bilir.

Əsas və yan fırçalarda istifadə edilən dolaşmaya qarşı sistem uzun saç və ev heyvanlarının tüklərinin fırçalara yığılmasını azaltmağa kömək edir. Robotun sorucu gücü 20 000 Pa-dır. Reactive AI Obstacle Recognition maneələri tanımağa, PreciSense LiDAR Navigation isə məkanın xəritəsini yaradaraq marşrutu planlaşdırmağa imkan verir. Cihaz Roborock tətbiqi vasitəsilə idarə olunur.

Qrevo Curv 2 Flow 2 sm hündürlüyədək maneələri keçə bilir, korpusunun hündürlüyü 11,76 sm-dir. Dok-stansiya mop rulonunu 75°C su ilə yuyur və 55°C isti hava ilə qurudur. Təmiz su çəninin tutumu 4,1 litr, çirkli su çəninin tutumu 2,9 litr, toz torbasının tutumu isə 2,5 litrdir. Batareyanın tutumu 5 200 mAh təşkil edir.

Roborock Azərbaycanda innovativ təmizlik həllərini inkişaf etdirməyə davam edəcək

Roborock gələcəkdə də innovativ texnologiyaların hazırlanmasına və məhsullarının davamlı təkmilləşdirilməsinə diqqət ayırmağı planlaşdırır. Şirkət Azərbaycandakı mövcudluğunu daha da gücləndirməyi, yerli istehlakçıların ehtiyaclarına uyğun ağıllı təmizlik həlləri təqdim etməyi və gündəlik məişət işlərini daha rahat, effektiv və avtomatlaşdırılmış prosesə çevirməyi hədəfləyir.

Roborock-un əsas məqsədi yalnız yüksək texniki göstəricilərə malik cihazlar təqdim etmək deyil, həm də istehlakçıların həyat keyfiyyətini yüksəltmək, onların vaxtına və əməyinə qənaət etməsinə imkan yaratmaqdır. Brend innovasiyaları davam etdirərək Azərbaycandakı istifadəçilərə daha rahat gündəlik həyat və daha yüksək həyat keyfiyyəti təqdim etməyə çalışacaq.

Satış nöqtələri və xüsusi təkliflər

Roborock F25 Ultra-nı Baku Electronics, İrşad, Kontakt və Technohome mağazalarından, həmçinin Baku Electronics, İrşad və Kontakt-ın rəsmi onlayn mağazalarından əldə edə bilərsiniz. Hissəli ödəniş imkanı da mövcuddur; şərtlər satıcı tərəfindən təqdim olunur.

 

Kampaniya çərçivəsində noyabrın 9-dan etibarən kampaniyada iştirak edən satış şəbəkələrində F25 Ultra xüsusi qiymətlərlə təqdim olunacaq. Xüsusi təkliflər və məhsulla bağlı yeniliklərdən xəbərdar olmaq üçün Roborock-un rəsmi Instagram (@roborock.az) və TikTok (@roborock.az) hesablarını izləyin.

 

© copyright 2022 | tech.az | info@tech.az