Amazon 1 milyard dollarlıq Amazon Sənaye İnnovasiya Fondu ilə Veo-nun investisiya turunda iştirak edib.
Safar Partners və Yamaha Motor Ventures şirkətin B Seriyasının investisiya raundunda olublar. Amazon tədarük zənciri logistika texnologiyalarına diqqət yetirir. Müəssisənin əvvəlki investorları arasında Google Ventures və Baidu Ventures kimi adlar var.
Onu da qeyd edək ki, Masaçusetdə yerləşən Veo Robotics 2016-cı ildə yaradılıb. Veo Robotics müəssisənin fəaliyyətlərində sağlamlıq və təhlükəsizlik risklərini ehtiva edən problemin qarşısını almağı hədəfləyir və ağıllı cihaz həlləri hazırlayır.