Az | EN

Ruhi Çenetin Youtube kanalı 3-cü dəfə oğurlanıb

Cəmil Hüseynzadə
06 May 2024 23:07
331 baxış
Ruhi Çenetin Youtube kanalı 3-cü dəfə oğurlanıb

Türkiyənin ən məşhur YouTuberlərindən olan Ruhi Çenetin kanalı iki dəfə oğurlanıb. Onun kanalında yayımlanan elm, texnologiya və dünya ilə bağlı videolarına bu vaxta qədər milyonlarla baxış olub.

İlk oğurluğada Ruhi Çenet haker hadisəsinin ona aldığı saxta əməkdaşlıq e-poçtunda faylı açmağının nəticəsində baş verdiyini və kanalının bu şəkildə oğurlandığını bildirmişdi.

Cenet açıqlamasında bunları bildirib:

“YouTube kanalımızın sındırıldığı aprelin 10-dan bu yana bizim maliyyə itkimiz ən azı 1 milyon TL (gündə 50.000 TL) təşkil edir, çünki videolarımızın reklamı dayanıb, indi isə alqoritmə görə videolarımızın baxışları çöküb”.

İki dəfə hesabı oğurlanan Ruhi Çenetin kanalı növbəti dəfə oğurlanıb. Onun kanalının indi oğurlanma səbəbi hələ ki, bilinmir.

© copyright 2022 | tech.az | info@tech.az