Az | EN

Rusların təqdim etdiyi yeni smartfon saxta çıxıb

Cəmil Hüseynzadə
03 Oktyabr 2023 10:46
800 baxış
Rusların təqdim etdiyi yeni smartfon saxta çıxıb

Banqladeşdə Rusiyaya məxsus “R-FON” smartfonunun eynisi müəyyənləşbi. Rusiya istehsalı olan R-Fon şübhəli şəkildə Banqladeşdə satılan Symphony Helio 80 smartfonuna bənzəyir.Hər iki qurğu 6,7 düymlük ekran, MediaTek Helio G99 prosessoru, 128 GB daxili yaddaş və 5000 mAh batareya ilə təchiz edilib. Bununla belə, Symphony Helio 80 6 GB RAM və 108 meqapiksellik kamera təklif edir, R-FON isə 8 GB RAM və 50 meqapiksellik kameraya malikdir.

Bəzi KİV-lər bu oxşarlıq haqqında yazdıqdan sonra vəziyyəti R-FON smartfonunun istehsalçısı olan Rutek şirkəti şərh edib . Onun nümayəndələri Banqladeşdən gələn cihaz haqqında məlumatlarının olmadığını bildiriblər. Şirkət R-FON və Symphony Helio 80-nin "tamamilə fərqli iki cihaz" olduğunu vurğuladı.

R-FON və Helio 80 istehsalçıları Çində istehsal olunan eyni smartfon modelinə lisenziya verə bilərlər. Bundan əvvəl nəşrin müəllifləri aşkar ediblər ki, Rusiya şirkətinin cihaz bildirişində istehsalçı kimi Çinin Bopel Mobile Technology şirkəti göstərilib. Rutek bu cür ehtimalları rədd edir.

© copyright 2022 | tech.az | info@tech.az