Az | EN

RuStore-un aylıq auditoriyası 73 milyon istifadəçini ötüb

Cəmil Hüseynzadə
09 Noyabr 2026 13:40
82 baxış
RuStore-un aylıq auditoriyası 73 milyon istifadəçini ötüb

Rusiyanın tətbiq mağazası RuStore-un aylıq auditoriyası 2026-cı ilin sentyabrında 73 milyon nəfəri ötüb. Bu barədə şirkətin mətbuat xidməti Mediascope-un məlumatlarına istinadən açıqlama yayıb. Şirkətin bildirdiyinə görə, Runet auditoriyasının 68 faizi platformadan müntəzəm istifadə edir.

Platforma istifadəyə verildiyi vaxtdan indiyədək RuStore vasitəsilə 4 milyarddan çox tətbiq yüklənib və 20 milyarddan artıq yeniləmə həyata keçirilib. Yükləmələr arasında ən populyar kateqoriyalar alətlər (24%), maliyyə xidmətləri (16%) və sosial şəbəkələr (10%) olub.

Oyunlar arasında isə ən çox simulyatorlara (16%), tapmacalara (15%) və kazual oyunlara (10%) üstünlük verilib.

Hazırda RuStore kataloqunda 70 ölkədən olan tərtibatçıların 140 mindən çox tətbiqi və oyunu mövcuddur. Mağaza smartfon və planşetlərlə yanaşı, televizorlarda və avtomobillərin multimedia sistemlərində də əlçatandır.

Şirkət kataloqu genişləndirməyi və yeni cihaz növləri üçün dəstək əlavə etməyi planlaşdırır. RuStore Android, HarmonyOS və “Avrora” əməliyyat sistemlərində fəaliyyət göstərir.

© copyright 2022 | tech.az | info@tech.az