Az | EN

Rüşvət verdiyinə görə həbs olunan Samsung-un idarə heyətinin sədri Li Çje Yon yenidən vəzifəsinə qayıdıb

Nail Valiyev
29 Oktyabr 2022 10:28
401 baxış
Rüşvət verdiyinə görə həbs olunan Samsung-un idarə heyətinin sədri Li Çje Yon yenidən vəzifəsinə qayıdıb

Cənubi Koreyada rüşvət verdiyinə görə həbs edilən və daha sonra əfv olunan “Samsung Electronics”in İdarə Heyətinin sədri Li Çje Yon şirkətdə yenidən öz vəzifəsinə qayıdıb.

Samsung şirkətinin vitse-prezidenti Li bürokratlara 16 milyon avro rüşvət verməkdə ittiham olunurdu.

Li ilk dəfə 2017-ci ildə 5 il həbs cəzasına məhkum edilmiş, lakin 2018-ci ilin fevralında məhkəmənin apellyasiya şikayətinə baxması ilə sübut olunmuş rüşvətin miqdarı azaldılaraq, 5 illik həbs cəzası şərti cəza ilə əvəz edilmişdi. 1991-ci ildən Samsung-da müxtəlif vəzifələrdə çalışan Li 2021-ci ildə yenidən 2,5 il həbs cəzasına məhkum edilib və 13 avqust 2021-ci ildə şərti azadlığa buraxılıb. 

Prezident Yoon Suk-yeol 15 avqust Milli Müstəqillik Günü münasibətilə Li də daxil olmaqla, 1691 məhbusu əfv edib. Digər tərəfdən, Li 2014-cü ildən bu yana Samsung-un yeganə rəhbəridir, baxmayaraq ki, bu barədə rəsmi məlumat verilmir. Ona görə də yeni qərar əslində simvolik xarakter daşıyır.

© copyright 2022 | tech.az | info@tech.az