Az | EN

Sahibinden.com domen adını başqası satın alıb? Platformaya giriş əngəllənib

Cəmil Hüseynzadə
03 Yanvar 2024 19:20
286 baxış
Sahibinden.com domen adını başqası satın alıb? Platformaya giriş əngəllənib

Sahibinden.com-un domenin vaxtının bitdiyi və başqa bir şəxs tərəfindən alındığı iddia edilir. Domainin yeni sahibi satış üçün külli miqdarda pul istədiyi idda edilir. 

Əslində bu barədə dəqiq nəsə demək mümkün deyil, lakin domeni sorğuladığımız zaman qarşılaşdığımız odur ki, domen statusu “clientHold” kimi görünür.

Bildirilib ki, sahibinden.com domeninin adı sözügedən Amerikanın Network Solutions firmasının saytında kilidlənib. Yəni alıcı kimliyini gizləyib. 

Belə ki, nəticədə domeni başqasının alıb-almaması və ya başqa problemlərin olub-olmaması barədə hələlik dəqiq məlumat vermək mümkün deyil.

sahibinden.com sosial media hesablarından yeni açıqlama verib. Bəyanatda domen adının başqa şəxs/şirkət tərəfindən alınmasının əsassız olduğu ifadəsi yer alıb.

© copyright 2022 | tech.az | info@tech.az