İlin ikinci rübündə Samsung-un ümumi gəliri 47,2 milyard dollar təşkil edib. Lakin bunun yalnız 524 milyon dolları şirkətin kassasında xalis mənfəət kimi qalıb. Samsung ümumi satışlarda 22% azalma olduğunu və bu azalmanın gəlirlilikdə təsirli olduğunu bildirdi. Bununla belə, şirkət ilin ikinci yarısında maliyyə vəziyyətinin yaxşılaşacağına ümid edir.
Samsung-un istehlak elektronikası satışları azalarkən, çip satışlarında artım olduğu qeyd edilib. Qlobal smartfon bazarının daraldığı və bu daralmanın Samsungun Galaxy S23 satışlarına mənfi təsir etdiyi bildirilir. Digər tərəfdən, süni intellekt sayəsində çiplərə artan ehtiyac Samsung-un saxlama vahidlərinin və yaddaş satışlarının artmasına səbəb oldu. Şirkət bu tendensiyanın üçüncü rübdə də davam edəcəyini bildirib. Bundan başqa, Samsung maliyyə hesabatında gəlir və xalis mənfəətdən başqa heç bir rəqəm paylaşmayıb.