“Samsung” ilk dəfə 2023-cü ildə “Galaxy S23” təqdimatı zamanı ağıllı eynək ideyasını ələ almışdı. Buna baxmayaraq rəqibi “Meta” və “Apple” şirkətləri bu sahədə ondan qat-qat qabaqdadır. Belə ki “Meta” “Ray Ban” eynəklərini istehsal edib, “Apple” isə artıq “Project Atlas” layihəsi üzərində işləyir.
Belə görünür ki, “Samsung” nəhayət bu sahəyə girməyə hazırdır. “Sammobile”dan verilən məlumatlara görə, “Samsung” 500.000 ədəd məhdud sayla ilk ağıllı eynəklər üçün “Q3” 2025-ci il təqdimatını planlaşdırır. Sayının limitli olması Samsung-un 2031-ci ilə qədər 13,2 milyard dollara çatacağı proqnozlaşdırılan bazarda məhsulu test etmək üçün atılan uğurlu addım hesab edilir.
Eynəklərdə əsas prosessor kimi “NXP” köməkçi çipi ilə dəstəklənən. “Qualcomm”nun “AR1” çiplərindən istfiadə olunacaq. Maraqlısı budur ki, “AR1” çipi “Samsung”un bu sahədə potensial rəqibi olan “Meta” şirkətinin eynəklərində də istifadə edilib.
Bundan əlavə, hər iki cihaz oxşar xüsusiyyətlərə malikdir. Hər iki cihazda da 12 meqapiksellik güclü kamera, qr kod oxuma və insan üzü tanıma funksiyaları var.
Eynəyin rəsmi təqdimatının vaxtı hələ bəlli olmasa da “Galaxy S25” ilə eyni vaxtda təqdim edilə bilər.