Az | EN

“Samsung “Galaxy Ring”in yeni təqdimat tarixi sızdırılıb

Səbinə Eyvazova
12 Sentyabr 2023 11:28
517 baxış
“Samsung “Galaxy Ring”in yeni təqdimat tarixi sızdırılıb

Bir müddətdir sızıntıları ilə gündəmdə olan Samsung Galaxy Ring üçün yeni tarix məlum olub. 

Mənbələrə görə Galaxy Ring yanvar ayında Galaxy S24 təqdimat tədbirində təqdim ediləcək. Digər tərəfdən, xatırladaq ki, Galaxy S24 seriyası hər il olduğu kimi yanvar-fevral ayları üçün nəzərdə tutulub. 

Xəbər verildiyi kimi Samsung Galaxy Ring-in kütləvi istehsalına hazırdır, lakin qanuni icazələr sağlamlıq izləmə kimi xüsusiyyətlərə görə gözləniləndən daha yavaş irəliləyir. Galaxy Ring Galaxy Watch seriyasında sağlamlıq yönümlü xüsusiyyətləri olacaq.

Cihazın yuxu, ürək döyüntüsü və məşq izləmə kimi xüsusiyyətləri var. Qeyd edək ki, Galaxy Ring hələ Samsung tərəfindən təsdiqlənməyib. 

© copyright 2022 | tech.az | info@tech.az