Az | EN

Samsung Galaxy S23 Ultra-da Wi-Fi problemi aşkarlanıb

Bənövşə Kazımova
01 Mart 2023 17:05
487 baxış
Samsung Galaxy S23 Ultra-da Wi-Fi problemi aşkarlanıb

Samsung Galaxy S23 Ultra-nı satın alan bəzi istifadəçilər Wi-Fi 6 (802.11ax) qoşulma problemləri ilə üzləşdiklərini bildiriblər. Telefon sahiblərinin sözlərinə görə, wifi-a qoşulduqda internetə çıxış olmadığını göstərən bildiriş açılır. Hətta bu problemlə bağlı bəziləri şirkətlə əlaqə saxladığını, həmçinin telefonu zəmanət altında yenisi ilə əvəz etdiyini, lakin yeni smartfonda da eyni problemlə üzləşdiklərini bildiriblər.

Samsung fevral yeniləməsi ilə problemi qismən həll etsə də, bir çox istifadəçilərdə hələ də bu problem müşahidə olunur. Şirkət isə mövzu ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Xatırladaq ki, Samsung şirkəti ötən həftələrdə keçirdiyi tədbirdə Galaxy S23 modellərini təqdim edib. Galaxy S23, Galaxy S23+ və Galaxy S23 Ultra kimi üç fərqli modeldən ibarət olan seriya şirkətin öz ölkəsində çox uğurlu ön sifariş rəqəmlərinə nail olub.

© copyright 2022 | tech.az | info@tech.az