Az | EN

Samsung Galaxy Z Fold 5 və Z Flip 5-in buraxılış tarixi açıqlanıb

Səbinə Eyvazova
06 İyul 2023 13:08
484 baxış
Samsung Galaxy Z Fold 5 və Z Flip 5-in buraxılış tarixi açıqlanıb

Samsung yaxınlarda gözlənilən Galaxy Z Fold 5 və Galaxy Z Flip 5 qatlana bilən smartfonlarını təqdim edəcəyi Unpacked tədbirinin tarixini rəsmi olaraq elan edib.

Şirkətin bu gün verdiyi açıqlamaya görə, Unpacked tədbiri 26 iyul tarixində keçiriləcək. Samsung Unpacked çərçivəsində yeni qatlana bilən telefonlar və digər məhsullarını təqdim edəcək.

Tədbirdə Galaxy Z Fold 5 və Galaxy Z Flip 5, Galaxy Z Fold və Galaxy Z Flip-in yeni versiyaları  təqdim olunacaq. Bu iki cihaz tədbirin mərkəzində olacaq, lakin daha əvvəlki nəsillə müqayisədə onlarda xüsusi dəyişikliklər olmayacaq. 

Ümumi dizayn eyni qalacaq. Lakin əlavə olaraq, bir sıra  təkmilləşdirmələr var: Flip 5 daha böyük sahəyə malik yeni örtük ekranını təqdim edəcək.

Samsung həmçinin Unpacked tədnirində üç yeni Galaxy Tab S9 planşetini təqdim edəcək. Planşet tərəfində çox güman ki, əsas modelin LCD panelinin indi AMOLED-ə təkmilləşdiriləcək. Bununla belə, Samsung-un Galaxy Watch 6 smart saat seriyasını da təqdim edəcəyi gözlənilir. 

© copyright 2022 | tech.az | info@tech.az