Samsung yeni bir layihə üzərində işləyir: Galaxy cihazları üçün eksklüziv bulud oyun xidməti.
The Korea Economic Daily-nin verdiyi xəbərə görə Samsung öz bulud oyun platformasını təqdim etməyə hazırlaşır. Cənubi Koreya şirkəti bu barədə rəsmi açıqlamanı oktyabrın 5-də başlayacaq 2023 Samsung Developer Konfransında verəcək.
Bu oyun xidmətinin mərkəzində Samsungun məşhur cihaz seriyası Galaxy olacaq. Lakin bu xidmətin şirkətin smart TV modellərində də dəstəklənəcəyi gözlənilir. Mövcud məlumata görə, xidmətin beta versiyası artıq ABŞ və Kanadada sınaqdan keçirilir.
Onu da qeyd etmək lazımdır ki, Samsung qlobal oyun istehsalçıları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıqlarda şirkət oyun istehsalçılarına App Store və Google Play-in adi 30% komissiya dərəcəsindən daha cəlbedici fürsətlər təklif edir. Bu yanaşmanın həm Samsung, həm də oyun sənayesinə müsbət töhfələr verəcəyi gözlənilir.
Bu yeni təşəbbüslə Samsung cihaz satışlarında dalğalanmalara baxmayaraq rəqəmsal gəlirlərini artırmağı hədəfləyir. İOS platformasına AAA keyfiyyətli oyunların əlavə edilməsindən sonra Samsungun oyun sənayesinə marağının artdığı müşahidə edilir.