Az | EN

Samsung şəffaf ekranı təqdim edib

Cəmil Hüseynzadə
08 Yanvar 2024 14:29
252 baxış
Samsung şəffaf ekranı təqdim edib

Samsung çərçivəsiz və panel qalınlığı 1 sm olan microLED modelini təqdim edib. Jurnalistlərin dediyinə görə, ekrana baxanda belə bir hiss yaranır ki, görüntü “deyəsən havada uçur”. 

Samsung nümayəndələri bildiriblər ki, şəffaf microLED displeylərin artan parlaqlığı və piksel sıxlığı onları şəffaf OLED panellərdən fərqləndirir. Xüsusilə, belə displeylərdə təsvir intensiv işıqlandırma şəraitində daha zəngin və aydın olur.

Samsung hələ texniki detalları paylaşmayıb. Belə bir ekranın mümkün qiyməti də məlum deyil.

© copyright 2022 | tech.az | info@tech.az