Az | EN

Samsung smartfonları ürək döyüntüsünü ölçə biləcək!

Nail Valiyev
24 May 2023 16:52
378 baxış
Samsung smartfonları ürək döyüntüsünü ölçə biləcək!

Mobil OLED displey texnologiyalarında dünyanın aparıcı markalarından biri olan Samsung mühüm addımlar atmağa davam edir. Cənubi Koreya istehsalçısı yeni texnologiyasını SID Display Week 2023 tədbirində təqdim etməyə hazırlaşır. 

Sensor OLED adlanan bu yeni panel biometrika və sağlamlıq sahəsində inteqrasiya olunmuş texnologiyası ilə smartfon və ya planşetlərin mürəkkəb dizaynını əhəmiyyətli dərəcədə sadələşdirə bilər. Şirkətin yeni displey texnologiyasının yaxın gələcəkdə yüksək səviyyəli telefonlarda istifadə ediləcəyi gözlənilir.

Yeni ekran sayəsində artıq OLED panellərinin altında ayrıca barmaq izi oxuyucusu istifadə etməyə ehtiyac qalmayacaq. Bu yenilik ilə smart cihazların qiymətinin azalması ilə yanaşı, cihazda yer qənaəti də hədəflənir.

Hər pikseldə işıq oxutma texnologiyasına malik  olan Sensor OLED paneli , barmaq izi və ya ürək döyüntüsü məlumatlarını bir neçə barmaqdan müəyyən edərək eyni zamanda istifadəçinin stress səviyyəsini də ölçə biləcək.

© copyright 2022 | tech.az | info@tech.az