Az | EN

Samsung-un qatlanabilən telefon satışları 3 dəfə artıb

Bənövşə Kazımova
21 İyul 2022 13:30
395 baxış
Samsung-un qatlanabilən telefon satışları 3 dəfə artıb

Keçən il 10 milyon qatlana bilən telefon tədarük edən Samsung-un satışları əvvəlki ilə nisbətən 3 dəfə çox artıb.  Qatlana bilən telefon bazarına liderlik edən Samsung yeni qatlana bilən modelləri Galaxy Z Fold 3 və Galaxy Z Flip 3-ü təqdim edib.

Şirkət bu smartfon bazarının 2023-cü ilə qədər 10 dəfə artacağını gözlədiyini açıqlayıb. Açıqlamada bildirilir ki, Galaxy Z Flip 3 modeli şirkətin qatlana bilən telefon satışlarının 70 faizini təşkil edir. Bazar araşdırmasına görə ilin birinci rübündə 2,22 milyon qatlanan smartfon satılıb.

Qeyd edək ki, Samsung 74 faiz payla telefon bazarında liderlik edir.

© copyright 2022 | tech.az | info@tech.az