Az | EN

Samsung-un yeni izləmə cihazı Galaxy SmartTag 2 buraxıldı

Səbinə Eyvazova
05 Oktyabr 2023 14:35
360 baxış
Samsung-un yeni izləmə cihazı Galaxy SmartTag 2 buraxıldı

Samsung 4 oktyabrda Fan Edition seriyası ilə birlikdə yenilənmiş dizaynı və xüsusiyyətləri ilə Galaxy SmartTag 2-ni təqdim edib. Yeni dizayn düzbucaqlı forması və metal halqası ilə suya və toza daha davamlıdır. Fərqləndirici yeni xüsusiyyətlərə Lost Mode, Compass View və Pet Travel Mode daxildir. Bundan əlavə, batareyanın ömrü normal rejimdə 500 günə, enerjiyə qənaət rejimində isə 700 günə qədər artırılıb.

Galaxy SmartTag 2 oktyabrın 11-də 30 dollara satışa çıxarılacaq və ağ-qara rənglərdə mövcuddur. Yeni funksiyalarla yanaşı, SmartThings proqramı da yenilənib və artırılmış reallıq üçün dəstək əlavə edilib.

© copyright 2022 | tech.az | info@tech.az