Samsung Galaxy modelləri üçün standart axtarış sistemini Google-dan Bing-ə keçirməyi düşünür. Bu iddia texnologiya dünyasında böyük səs-sədaya səbəb olub. Bing-ə keçid hələ təsdiqlənməsə də, Google-un səhmlərinin dəyərinin 4% azalmasına səbəb olub.
Məlumat üçün bildirək ki, Google-un əməkdaşları Samsung-un bir ay ərzində Bing-ə keçə biləcəyindən xəbərdardır və bu xəbər şirkət daxilində çaxnaşmaya səbəb olub. Çünki Samsung axtarış sistemini dəyişdiyi halda Google 3 milyard dollar itirə bilər.
Samsung-un belə bir qərar almasının əsas səbəbi Microsoft-un Bing Chat yaratmaq üçün AI texnologiyasını öz axtarış sisteminə inteqrasiya etməsidir. Eyni səbəbdən Apple müqaviləni yeniləməmək qərarına gəlsə, Google 20 milyard dollar itirəcək.