Az | EN

Samsung yeni Galaxy S23 seriyasını təqdim etdi

Bənövşə Kazımova
02 Fevral 2023 12:57
910 baxış
Samsung yeni Galaxy S23 seriyasını təqdim etdi

Samsung fevralın 1-də keçirilən Unpacked tədbirində çox gözlənilən və populyar Galaxy S23 seriyasını təqdim etdi. Keçən il olduğu kimi bu il də şirkət üç fərqli model təqdim etdi. Bunlar S23, S23 Plus və S23 Ultra modelləridir. Gəlin bu modellərlə daha yaxından tanış olaq.

Ön tərəfdən baxanda əvvəlki modellə Galaxy S23-ü ayırd etmək kifayət qədər çətindir. Dörd fərqli rəng seçimi ilə istifadəçilərin istifadəsinə verilən Galaxy S23-ün arxa tərəfində üç kamera və LED flaş var. Galaxy S23-ün 6,1 düymlük perforasiya edilmiş ekranı (Infinity-O) Full HD+, yəni 2340×1080 piksel təsvir ölçüsünü təklif edir. Samsung-un Dynamic AMOLED 2X adlandırdığı bu panel 16 milyon rəng göstərmək qabiliyyətinə və 425 PPI piksel sıxlığına malikdir.

Bu Cihaz 12 meqapiksellik ön kameraya sahibdir. Seriyanın əvvəlki modeli olan Galaxy S22 10 Meqapiksellik kameraya malikdir. Galaxy S23, Qualcomm-un ən güclü mobil prosessoru olan Snapdragon 8 Gen 2 ilə təchiz edilmişdir. Hazırda bir Android telefonunda mövcud olan ən güclü mobil prosessor olan Gen 2 TSMC-nin 4 nm istehsal prosesi ilə istehsal edilmiş səkkiz nüvəli prosessordur. Bundan əlavə, Bluetooth 5.3 texnologiyası və 5G dəstəyi Galaxy S23 seriyasında da mövcuddur. Samsung Galaxy S23-ün arxasında üç kamera var. Cihaz 50 meqapiksellik f/1.8 diapazonlu geniş bucaqlı əsas kamera, 12 meqapiksellik ultra geniş bucaqlı kamera və 10 meqapiksellik telefoto kamera ilə müşayiət olunur. Galaxy S23 3900 mAh tutumlu batareyası ilə 0-dan 100-ə qədər daha sürətli çatmaq mümkündür. Cihazın qutuda şarj cihazı olmadığı üçün 45W sürətli şarj cihazını ayrıca satın almalısınız.

Samsung Galaxy S23 Plus-ın dizaynına baxdığımızda əvvəlki ilə bənzər bir dizaynda olduğunu görürük. Həmişə olduğu kimi tam ekranda gələn telefonun ön hissəsində nazik çərçivələr və tək kamera üçün yalnız kiçik bir deşik var. Eyni zamanda, ultrasəs barmaq izi oxuyucusu da bu panel üçün yerləşdirilib. Həm güc, həm də səs səviyyəsinə nəzarət düymələri sağda yerləşir. Xarici çərçivə metaldır, qalan səthlər isə şüşə ilə qorunur. Cihazın texniki xüsusiyyətləri aşağıdakılardır:

Telefonun xüsusiyyətlərinə nəzər saldıqda diqqətimizi çəkən ilk şey şübhəsiz ki, prosessorudur. Flaqman adına layiq performans təklif edən Samsung Galaxy S23 Plus Qualcomm-un xüsusi Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz edilmişdir. Həmçinin smartfon 4700 mAh batareyaya malikdir.  Eyni zamanda bu cihazda simsiz enerji doldurma texnologiyası da mövcuddur. Qutudan Android 13 ilə çıxan telefon One UI 5.1 interfeysindən istifadə edir.

Samsung Galaxy S23, Galaxy S23+ və Galaxy S23 Ultra Qualcomm Snapdragon 8 Gen 2 prosessorundan istifadə edir. Bu cihazların qrafik vahidi, yəni GPU Adreno 740-dır. Yaddaş tərəfində 8 GB və 12 GB LPDDR5X RAM istifadə edildiyini görürük. Yaddaş tərəfində UFS 4 ilə yüksək oxuma/yazma sürətinə malik 256 GB, 512 GB və 1 TB yaddaş variantları var.

Galaxy S23 Ultra ekranı və kamera xüsusiyyətləri ilə seriyadakı digər cihazlardan fərqlənir. Qurğu 6,8 düym 1440×3088/QHD+ təsvir ölçüsünə malik Dynamic AMOLED 2x paneldən istifadə edir. 1750 nit parlaqlıq, 120 Hz ekran yeniləmə və 240 Hz toxunma nümunəsi sürətinə malik olan bu ekran Gorilla Glass Victus 2 texnologiyası ilə qorunur. Başqa sözlə desək, əvvəlki modellərlə müqayisədə qırılma və cızılmaya qarşı çox daha davamlıdır.

İstifadəçilərin gözlədiyi ən mühüm inkişaf kamera tərəfində olub. Cihazın əsas kamerası 200 Meqapiksel təsviri dəstəkləyən 1/1,3 düymlük ISOCELL HP2 sensordan istifadə edir. Bundan əlavə, smartfonda 12 Meqapiksellik ultra geniş bucaqlı, 10 Meqapiksellik periskop telefoto (3x optik zoom) və 10 Meqapiksellik telefoto (10x optik zum) kameralar var.

Prosessorun gücündən maksimum istifadə edərək, Galaxy S23 Ultra 8K 30 FPS, 4K 60 FPS, FHD 240 FPS və HD 960 FPS video çəkə bilir. Cihazın ön hissəsində 12 meqapiksellik selfi kamerası var.

© copyright 2022 | tech.az | info@tech.az