Az | EN

Shazam sosial mediada səsləndirilən musiqiləri tapa biləcək

Səbinə Eyvazova
07 İyul 2023 15:47
164 baxış
Shazam sosial mediada səsləndirilən musiqiləri tapa biləcək

Apple-ın populyar musiqi tanıma proqramı olan Shazam sosial media platformalarında musiqi tapmağı asanlaşdırmaq üçün yenilənib. İndi istifadəçilər Instagram, YouTube, TikTok və digər sosial media platformalarında səsləndirilən musiqiləri rahatlıqla tapa biləcəklər.

Shazam istifadəçilərə Instagram Reels videolarında və ya YouTube-da ifa olunan musiqini tapmağa kömək edəcək. İstifadəçilər sosial media platformasında səsləndirilən musiqini tanımaq üçün Shazam-ı açıb mavi düyməyə toxunmaqla mahnını tapacaq və Shazam pleylistlərinə əlavə edə biləcəklər. 

Shazam tətbiqini telefona endirməklə də axtardığınız musiqiləri görə, musiqi siyahılarınızı idarə edə biləcəksiniz.

© copyright 2022 | tech.az | info@tech.az