Az | EN

Signal messenceri Rusiyada bloklanıb

Cəmil Hüseynzadə
11 Avqust 2024 18:26
252 baxış
Signal messenceri Rusiyada bloklanıb

Rusiyanın Rəqəmsal Nəzarət Xidməti (Roskomnadzor) Signal messencerinin ölkə ərazisində bloklanması barədə məlumat yayıb. Xidmətin nümayəndəsi, tətbiqin terrorizm və ekstremizm məqsədləri üçün istifadəsinin qarşısını almaq üçün tələb olunan qanunvericilik tələblərinə əməl etmədiyini bildirib. Lakin konkret hansı tələblərin pozulduğu açıqlanmayıb. 9 avqust tarixində Moskva, Sankt-Peterburq və digər bölgələrdə istifadəçilər Signal messencerində problem yaşadıqlarını qeyd ediblər.

© copyright 2022 | tech.az | info@tech.az