Az | EN

Şimali Koreyalı xakkerlər 1 milyard dollar kriptovalyuta oğurlayıblar

Bənövşə Kazımova
15 Sentyabr 2022 15:21
288 baxış
Şimali Koreyalı xakkerlər 1 milyard dollar kriptovalyuta oğurlayıblar

Şimali Koreyalı xakkerlər külli miqdarda kriptovalyuta ələ keçirib. TradingPlatform tərəfindən açıqlanan məlumatlara görə, Şimali Koreya təkcə 2022-ci ildə DeFi protokollarından təxminən 1 milyard dəyərində kriptovalyuta oğurlayıb. DeFi protokolları maliyyə sektorundakı problemlərin həlli üçün yaradılmış avtonom kompüter proqramlarından ibarət maliyyə protokollarıdır.

Digər tərəfdən, ABŞ-da yerləşən blokçeyn analiz şirkəti Chainalysis Şimali Koreyalı xakkerlərin 2021-ci ildə kriptovalyuta platformalarından təxminən 7 hücumda 400 milyon dollar oğurladığını açıqlayıb. Hesabatda bildirilir ki, Lazarus adlı qrup 2018-ci ildən bəri ildə orta hesabla 200 milyon dollardan çox böyük miqdarda kriptovalyuta oğurlayıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının verdiyi məlumata görə, bu hücumlardan əldə edilən gəlir Şimali Koreyanın nüvə silahları və ballistik raket proqramlarının dəstəklənməsinə yönəldilib. 

 

© copyright 2022 | tech.az | info@tech.az