Az | EN

SoftBank süni intellekt robotlarının kütləvi istehsalına başladı

Cəmil Hüseynzadə
25 İyun 2026 15:53
24 baxış
SoftBank süni intellekt robotlarının kütləvi istehsalına başladı

Yaponiyanın SoftBank Group şirkəti süni intellektlə işləyən robotların kütləvi istehsalına başladığını açıqlayıb. Şirkətin səhmdarların iyunun 24-də keçirilən toplantısında verdiyi məlumata görə, istehsal adı açıqlanmayan zavodda həyata keçirilir və məhsullar yaxın zamanda rəsmi şəkildə təqdim olunacaq.

Bu addım SoftBank-ın “fiziki süni intellekt” adlandırdığı istiqamətdə fəaliyyətini genişləndirməsinin bir hissəsidir. Şirkət 2025-ci ilin oktyabrında İsveçrənin sənaye texnologiyaları nəhəngi ABB-nin robototexnika bölməsini 5,375 milyard dollara almaq barədə razılıq əldə edib. Sövdələşmənin 2026-cı ilin ikinci yarısında tamamlanacağı gözlənilir. Satınalma SoftBank-a sənaye robotları bazarında mövqeyini daha da gücləndirməyə imkan verəcək.

© copyright 2022 | tech.az | info@tech.az