Az | EN

Wikipedia-nın öz təsisçisini blok edib

Cəmil Hüseynzadə
25 İyun 2026 14:58
56 baxış
Wikipedia-nın öz təsisçisini blok edib

Wikipedia-nın həmtəsisçisi Larry Sanger qurulmasında iştirak etdiyi platformadan müddətsiz uzaqlaşdırılıb. Məlumata görə, buna səbəb onun X sosial şəbəkəsində izləyicilərini Wikipedia daxilində aparılan müzakirələrə yönləndirməsi olub. Qərar platformanın könüllü redaktorlar icması tərəfindən qəbul edilib.

Larry Sanger tətbiq edilən qadağanı sərt tənqid edərək prosesi “məhkəmə teatrı” adlandırıb. O, həmçinin Wikipedia-nın idarəetmə sistemini qeyri-effektiv və anarxik olmaqda ittiham edib.

Qeyd edək ki, Sanger 2002-ci ildə Wikipedia layihəsindən ayrılıb. O, son illərdə platformanın qərar qəbuletmə mexanizmlərini və redaksiya siyasətini dəfələrlə tənqid edib. Son hadisə isə tərəflər arasında uzun müddətdir davam edən fikir ayrılıqlarını daha da dərinləşdirib.

© copyright 2022 | tech.az | info@tech.az