Sam Altman OpenAI-nin baş direktoru vəzifəsindən qovulub.
"Cənab Altmanın getməsi şuranın müzakirəli nəzərdən keçirmə prosesinin nəticəsidir ki, o, şura ilə ünsiyyətində ardıcıl olaraq səmimi olmayıb və onun öhdəliklərini yerinə yetirmək qabiliyyətinə mane olub”, – şirkət öz bloq yazısında bildirib. "Şura daha onun OpenAI-yə rəhbərlik etmək qabiliyyətinə inanmır."
İşdən çıxarılmanın konkret səbəbləri və səbəbləri hazırda məxfi olaraq saxlanılır. Qeydolunan “səmilik”in nə olduğu açıqlanmır. Amma reallıq budur ki, o işdən qovulub və onun yerinə müvəqqəti olaraq şirkətin baş texnologiya direktoru Mira Murati gəlib. O Alban əsilli mühəndisdir və Tesla modellərinin inkişafında mühim rol oynayıb.
Sam Altmanın qovulmasından sonra şirkətin prezident və həmtəsisçi Qreq Brokman da istefa verib. O X hesabında yazısında bu xəbəri eşitdikdən sonra Sam Altman ilə birlikdə şoka düşdüyünü və kədərləndiyini yazıb.
Eyni ssenarinin daha öncə Stiv Cobsda yaşayıb. Cobs 1985-ci ildə qurduğu Apple şirkətindən qovulub. Daha sonra Next Copmuter şirkətini quran və Apple-a satan Cobs, 1997-ci ildə şirkətə CEO kimi gətirilib.
Bir çox şəxs də hazırda eyni ssenarinin təkrarlandığını düşünür. Onlar fikirləşirlər ki, Altman yeni Cobs olacaq. Qurduğu şirkətdən qovulan Altman ChatCPT-nin təqdim edilməsiylə süni intellektin siması hesab olunurdu. Açıqlamasında uşaqlıq kumiri Stiv Cobsun olduğunu da Sam Altman etiraf etmişdi.
O İlon Maks ilə birlikdə OpenAİ layihəsinə başlamışdı. Daha sonra İlon Mask şirkətdən ayrılmalı olmuşdu. Ötən günlərdə xAİ layihəsini təqdim edən İlon Mask yenidən süni intellek dünyasına giriş elədi. Sam Altmanın xAİ-a CEO olaraq gətiriləcəyi də istisna olunmur. Hazırda Sam Altmanı ən yaxşı başa düşən İlon Maskdır. Çüni o da, 2000-ci ildə CEO-su olduğu PayPal-dan qovulmuşdu.