Fourier şirkəti Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında yeni insanabənzər robotu təqdim edib.
GR-1 adlanan bu süni intellekt dəstəkli robot Şanxayda yerləşən Fourier tərəfindən hazırlanıb. Robot iki ayaq üzərində saatda 5 km sürətlə yeriyə bilir və çəkisi 55 kq-dır. Furye GR-1-in kütləvi istehsalına 2023-cü ilin sonunda başlamağı planlaşdırır. Şirkət 2024-cü ilə qədər minlərlə GR-1 qurğusunu işə salmağı hədəfləyir.
Furye həmçinin GR-1-in daha təkmil AI beynini yaratmaq üçün sənayenin aparıcı süni intellekt şirkətləri ilə əməkdaşlıq etməyi planlaşdırır. Şirkətin təsisçisi və baş direktoru Aleks Qu GR-1-in unikal texnoloji təşəbbüs olduğunu bildirib. Qu belə robotların xüsusilə Çində qocalmış əhaliyə kömək edəcəyini də vurğulayıb.