Az | EN

Threads-ın istifadəçi sayında azalma yaşanır

Nail Valiyev
04 Avqust 2023 12:48
296 baxış
Threads-ın istifadəçi sayında azalma yaşanır

Meta-nın yeni platforması Threads istifadəçilərinin sayında böyük azalma yaşayıb. Yeni məlumatlara görə gündəlik istifadəçi trafiki demək olar ki, iki dəfə azalıb.

Son zamanlar haqqında danışılan Twitter-in rəqibi Threads ilk yayımlanarkən böyük həyəcana səbəb olsa da, indi köhnə populyarlığını itirməkdə olduğu görünür.

Mark Zukerberq bu iddiaları rədd etsə də, Threads haqqında oxşar xəbərlər hələ də gəlməkdədir. Dexerto-nun açıqlamasına görə Threads-in gündəlik istifadəçi trafiki 82% azalıb.

Bir neçə gün əvvəl irəli sürülən iddialara görə Threads-ə üzv olan istifadəçilərin əksəriyyəti platformadan bir daha istifadə etməyib. Analiz şirkəti Sensor Tower keçən həftə verdiyi açıqlamada Threads-in iyulun 7-də 50 milyon aktiv istifadəçisi olduğunu, iyulun 17-də isə bu rəqəmin 13 milyona düşdüyünü bildirdi.

Threads-in istifadəçilərinin azalmasının bir səbəbi hələ platformada bəzi məşhur Twitter funksiyalarının olmamasıdır. 

© copyright 2022 | tech.az | info@tech.az