Az | EN

TikTok, Telegram və Wechat Montana ştatında qadağan edilib

Fidan Abbaszadə
18 May 2023 11:30
303 baxış
TikTok, Telegram və Wechat Montana ştatında qadağan edilib

Montana qubernatoru Qreq Gianforte TikTok-u ştat daxilində qadağan edən qanun layihəsini imzalayıb. SB 419 qanun layihəsi TikTok-un "Montananın ərazisi daxilində" fəaliyyət göstərməsini qadağan edir və mobil proqram mağazalarından proqramın Montana sakinləri üçün əlçatan olmamasını tələb edir.

Gianforte bildirib ki, TikTok montanalıların şəxsi məlumatlarını Çin Kommunist Partiyasından qorumaq üçün qadağan edilib. Qeyd edək ki, qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. 

Əlavə olaraq, Telegram, WeChat və Temu alış-veriş proqramının hökumət cihazlarında qadağan edilməsini əmr edilib.

Bu qadağalar ilə əsasən Çinlə əlaqəsi olan tətbiqlərin hədəfə alındığı görünür. İstisna olaraq, Telegram Rusiyada yaradılıb, hazırda baş ofisi Dubaydadır. Gianforte-nin məktubunda iddia edilir ki, Rusiya hökuməti proqramdan “istifadəçiləri izləmək və şəxsi, həssas, məxfi məlumatları əldə etmək” üçün istifadə edir.

Bu qanun isə iyunun 1-dən qüvvəyə minəcək. Qadağa təkcə dövlət işçilərinə şamil edilməyəcək: Gianforte bildirib ki, "Montana ştatı üçün və ya onun adından iş aparan hər hansı üçüncü tərəf firmalar bu tətbiqlərdən istifadə etməyəcəklər."

© copyright 2022 | tech.az | info@tech.az