Az | EN

TikTok-u qadağan edən ölkələrə Danimarka da qoşulub

Bənövşə Kazımova
07 Mart 2023 12:21
332 baxış
TikTok-u qadağan edən ölkələrə Danimarka da qoşulub

Avropa Komissiyasının ardınca bəzi ölkələr TikTok-u dövlət işçilərinə qadağa qoyub.

Bu dəfə Danimarka Müdafiə Nazirliyi dövlət qurumlarının cihazlarında TikTok-un saxlanması və istifadəsini qadağan edib. İşçilərdən rəsmi xidmətdə istifadə edilən telefonlara TikTok quraşdırılmaması və quraşdırılmış telefonlardan silinməsi tələb edilib.

Bundan əlavə, Danimarka Parlamenti də qanunvericilik səlah və işçilərə kibertəhlükəsizliklə əlaqədar olaraq fevralın 28-də TikTok-dan istifadə etməmələri barədə xəbərdarlıq edib. Bəzi danimarkalı siyasətçilər də kibertəhlükəsizlik tədbirləri çərçivəsində TikTok tətbiqini rəsmi telefonlarından sildiklərini açıqlayıblar.

© copyright 2022 | tech.az | info@tech.az