Az | EN

Toyota ötən il də dünyanın ən çox avtomobil satan istehsalçısı olub

Bənövşə Kazımova
30 Yanvar 2023 15:50
256 baxış
Toyota ötən il də dünyanın ən çox avtomobil satan istehsalçısı olub

Toyota avtomobil şirkəti ötən il də dünyanın ən çox avtomobil satan istehsalçısı olub. Məlumat üçün bildirək ki, 2022-ci ildə təxminən 10,5 milyon ədəd avtomobil satan şirkət üçüncü ildir ki, bu titulunu qoruyur.

tech.az marja.az-a istinadən xəbər verir ki, şirkətin yük maşını bölməsi Hino Motors və kiçik avtomobil istehsalçısı Daihatsu da daxil olmaqla, qlobal satışları 0,1% azalıb. Belə ki, 8,6 milyon avtomobilin Yaponiya xaricinə rekord satışı  onun daxili bazarındakı satışının 9,6% azalmasının böyük hissəsini kopmensasiya edib. İkinci yerdə olan rəqibi Volkswagen Çində pandemiya məhdudiyyətləri və Ukraynadakı müharibənin tədarük zəncirlərini pozduğu üçün 8,3 milyon ədəd avtomobil olmaqla son on ildə ən aşağı satışını etdiyini bildirib.

Toyota üçün də bəzi çiplə bağlı tədarük məhdudiyyətləri qalmasına baxmayaraq, Yapon avtomobil istehsalçısı Asiyada güclü tələbatın, Asiya və Şimali Amerikada istehsal gücünü və optimallaşdırmanı artması sayəsində 2022-ci ildə qlobal istehsalını 5,3% artıra bilib.

© copyright 2022 | tech.az | info@tech.az