Az | EN

Trampın Sİ fərmanı Silikon Vadisinin təzyiqi ilə dayandırıldı

Cəmil Hüseynzadə
22 May 2026 19:30
33 baxış
Trampın Sİ fərmanı Silikon Vadisinin təzyiqi ilə dayandırıldı

ABŞ prezidenti süni intellektin tənzimlənməsi ilə bağlı fərmanı son anda imzalamaqdan imtina edib. Bloomberg və The Washington Post-un məlumatına görə, buna texnologiya şirkətlərinin rəhbərlərinin təzyiqi səbəb olub.

Layihəyə əsasən, süni intellekt modellərini hazırlayan şirkətlər sistemlərini ictimaiyyətə təqdim etməzdən 90 gün əvvəl ABŞ hökumətinə təqdim etməli idi. Hakimiyyət orqanları isə modelləri mümkün təhlükəsizlik boşluqları və kiberhücum riskləri baxımından yoxlamağı planlaşdırırdı.

Fərmanın 21 may 2026-cı ildə imzalanacağı gözlənilsə də, tədbirə bir neçə saat qalmış Tramp sənədi təsdiqləməyəcəyini bildirib. Mənbələrin sözlərinə görə,, və digər Silikon Vadisi nümayəndələri Trampı bu qərardan çəkindirə biliblər.

Onlar hesab ediblər ki, “könüllü” nəzarət mexanizmi gələcəkdə məcburi dövlət təsdiq sisteminə çevrilə bilər. Bu isə ABŞ-ın Çinlə süni intellekt yarışında mövqeyini zəiflədə və texnologiyaların inkişafını ləngidə bilər.

Məlumata görə, fərman tam ləğv edilməyib və gələcəkdə yenidən gündəmə gətirilə bilər.

© copyright 2022 | tech.az | info@tech.az