Az | EN

Türkiyədə ilk: Robot ölkə vətəndaşı oldu

Nigar Sultanli
15 Sentyabr 2025 10:50
40 baxış
Türkiyədə ilk: Robot ölkə vətəndaşı oldu

Türkiyənin Samsun vilayətində “Festman” adlı robota “fəxri şəxsiyyət vəsiqəsi” verilməsi ölkə gündəmini zəbt edib. Bu barədə məlumat X platformasında “RoboHub” hesabından yayıldıqdan sonra sosial mediada geniş müzakirələrə yol açdı.

Xəbərdə Festman robotuna Canik rayonunun Əhali Qeydiyyatı İdarəsi tərəfindən fəxri vəsiqənin təqdim edildiyi bildirilir. Lakin məsələnin hüquqi tərəfi hələ də sual altındadır. Verilən məlumatda robotun tam hüquqlu, rəsmi vətəndaşlıq statusu alması barədə heç bir dövlət sənədi və ya qanunvericilik sənədi göstərilmir. Bu səbəbdən, baş verənlər daha çox simvolik və fəxri bir jest kimi qəbul edilir.

Bu, robotlara simvolik vətəndaşlıq verilməsi ilə bağlı ilk hadisə deyil. Xatırladaq ki, 2017-ci ildə Səudiyyə Ərəbistanında məşhur “Sophia” robotuna da oxşar, lakin rəsmi olmayan bir status verilmişdi.

Mütəxəssislər bildirirlər ki, robotlara səs vermə, vergi ödəmə kimi tamhüquqlu vətəndaşlıq statusu verilməsi indiki hüquq sistemlərinin prinsipləri ilə ziddiyyət təşkil edir. Bu cür addımlar əsasən texnologiyanın inkişafını qeyd etmək və cəmiyyətdə süni intellektə marağı artırmaq məqsədi daşıyır.

© copyright 2022 | tech.az | info@tech.az