Türkiyənin oyun startapı Dream Games tərəfindən buraxılan Royal Match rəng uyğunlaşdırma oyunu 12 ay ərzində istifadəçilərin ən çox pul xərclədiyi mobil oyun olaraq tarixə düşüb.
Mobil oyun sənayesinin tənəzzülə uğradığı bir vaxtda Royal Match ümumi gəlirini 2 milyard dollara çatdırıb. Dream Games 2021-ci ildə Pixar qurucusu Ed Catmull-un mentorluğu altında yaradılıb və oyun 55 milyon aktiv istifadəçini cəlb etməyi bacarıb.
O, əfsanəvi Candy Crush Saga-nı üstələyib. Candy Crush Saga təxminən 12 illik dövrdə cəmi 6 ay istisna olmaqla, istifadəçilərin ardıcıl 127 ay ərzində ən çox pul xərclədiyi oyun olub. Bu müddət ərzində oyun 20 milyard dollara yaxın gəlir əldə edib. Royal Match isə istifadəçilərin son 12 ayda ən çox pul xərclədiyi oyun olub.