Twitter-in gəlirlərini artırmaq üçün başladığı ödənişli abunə xidməti Blue indiyə qədər yalnız bir neçə ölkədə mövcud idi. İndi isə bu ölkələrə yeniləri əlavə olunur. Bildirilir ki, Twitter Blue 20-dən çox ölkədə istifadəyə veriləcək.
Məlumata görə, abunəlik artıq Hollandiya, Polşa, İrlandiya, Belçika, İsveç, Rumıniya, Çexiya, Finlandiya, Danimarka, Yunanıstan, Avstriya, Macarıstan, Bolqarıstan, Litva, Slovakiya, Latviya, Sloveniya, Estoniya, Xorvatiya, Lüksemburq, Malta və Kipr kimi ölkələrdə istifadəçilər üçün əlçatan olacaq. Bununla da, xidmət dünyanın 35-dən çox ölkəsində aktiv olur. Ancaq bu xüsusiyyət hələ ki Azərbaycana gəlməyib.
Əlavə olaraq nəzərinizə çatdıraq ki, mavi təsdiq işarəsi ilə yanaşı, Twitter Blue prioritet şərh sıralaması, 60 dəqiqəyə qədər video yükləmək, tvitləri redaktə etmək, proqram ikonası seçmək, tvitləri və naviqasiyanı redaktə etmək və s. daxil olmaqla, bir çox imtiyazlar təklif edir.