Twitter "Twitter Blue" abunəliyində ayda 8 dollara istifadəçilərə təqdim etməyə başlamışdı. İndiyədək bu abunəlikdən yalnız veb və iOS cihazlarında istifadə olunurdu. Şirkət artıq siyahıya Android-i də əlavə edib. Belə ki, Twitter-in veb və iOS istifadəçiləri ilə məhdudlaşan xidmət uzun fasilədən sonra Android cihazları üçün istifadəyə verilib.
İnternetdə qiyməti 8 dollar olan abunəliyi Google Play-in tətbiqdaxili alış rüsumlarının azaldılması səbəbindən Android və iOS-da 11 dollara almaq mümkündür.
Twitter Blue hazırda ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Yaponiyada mövcuddur. Twitter hələ öz ölkəmiz üçün Blue abunəliyini rəsmi olaraq başlatmayıb.
Mavi təsdiq nişanı ilə yanaşı, Twitter Blue prioritet şərh sıralaması, 60 dəqiqəyə qədər video yükləmək, tvitləri redaktə etmək, proqram ikonasını seçmək, tvitləri və naviqasiyanı redaktə etmək və s. daxil olmaqla, bir çox imtiyazlar təklif edir.