Az | EN

“Twitter Blue” bu gündən bərpa olunur

Bənövşə Kazımova
12 Dekabr 2022 10:26
381 baxış
“Twitter Blue” bu gündən bərpa olunur

“Twitter Blue” abunəliyi bu gündən bərpa olunur. Belə ki, bu abunəliyə qoşulanlar tvitləri redaktə edə, videoları 1080p keyfiyyətində yükləyə, o cümlədən hesabı təsdiq etdikdən sonra “mavi tık” işarəsi ala biləcəklər. 

Nəzərinizə çatdıraq ki, veb versiya üçün abunəliyin aylıq qiyməti 8 dollar, iOS istifadəçiləri üçün isə 11 dollar müəyyən edilib.

Bundan əlavə, şirkətlər üçün qızılı, hökumət və çoxtərəfli hesablar üçün isə boz işarələrin tətbiq edilməsi planlaşdırılır. 
Məlumatlara görə, abunəçilər sosial şəbəkədə adlarını dəyişdirə biləcəklər, lakin bu halda yeni yoxlama aparılana qədər mavi işarə olmayacaq. Əlavə edək ki, “Twitter Blue” abunəliyi hələlik yalnız bir neçə ölkədə, o cümlədən ABŞ və Böyük Britaniyada əlçatandır.

“Twitter Blue” abunəsi əvvəl də mövcud olub, lakin hesabın təsdiq edilməsini tələb etməyib və qiyməti isə aylıq cəmi 4.99 dollar olub. Sosial şəbəkəni aldıqdan sonra İlon Mask abunəliyə yeni funksiyalar əlavə etmək və onun qiymətini artırmaq qərarını verib.

© copyright 2022 | tech.az | info@tech.az