Bir müddət əvvəl loqosunu Dogecoin simvolu ilə əvəz edən Twitter indi isə platformaya kripto pul ilə əlaqəli funksiya əlavə edib. 450 milyondan çox istifadəçisi olan “eToro” Twitter ilə əməkdaşlığa başlayıb.
Əməkdaşlığa əsasən, Twitter daxilində kriptovalyuta ticarəti də daxil olmaqla bir sıra kriptovalyuta xüsusiyyətləri tətbiqə əlavə olunacaq. Kriptovalyutaya əsaslanan maliyyə xidmətləri təklif edən “eToro”, müştərilərinin Twitter-də müxtəlif əməliyyatlar həyata keçirə biləcəklərini bildirib. İlon Maskın kriptovalyuta ilə bağlı bu hərəkəti investorlarda maraq oyadıb.
Şirkət tərəfindən edilən açıqlamaya əsasən, istifadəçilər Twitter vasitəsilə səhmlərini, kriptovalyutalarını və digər aktivlərini izləyə biləcək. Əlavə olaraq, “eToro” vasitəsilə sosial mediada investisiya etmək imkanına da sahib olacaqlar.