Az | EN

Twitter-dəki xəta silinmiş tvitləri geri qaytarır

Fidan Abbaszadə
23 May 2023 13:17
268 baxış
Twitter-dəki xəta silinmiş tvitləri geri qaytarır

Bir çox Twitter istifadəçisi keçmişdə sildikləri tvitlərin yenidən görünməyə başladığından şikayətlənir. Verilən məlumata görə, boşluq səbəbindən əvvəllər silinmiş 34 minə yaxın tvit yenidən görünməyə başlayıb. Bu problemin silinən retvitlərə də təsir etdiyi bildirilib.

Sözügedən problem ümumi görünsə də, onun mənbəyini təxmin etmək çətin deyil. Bu problem Redact və ya TweetDelete kimi üçüncü tərəf proqramları ilə tvitləri kütləvi silənlərə təsir göstərib. Silinmiş tvitlərin geri qayıtması çoxları üçün əhəmiyyətsiz görünsə də, bu, Twitter-in şəxsi məlumatları necə qoruduğunu göstərdiyi üçün vacibdir.

Twitter-də bu cür texniki problemlərlə qarşılaşmaq adi hala çevrilib. İlon Maskın verdiyi qərarların yaratdığı narahatlıq səbəbiylə bir çox istifadəçi Twitteri tərk edərək Bluesky və Mastodon kimi alternativlərə üz tutur.

© copyright 2022 | tech.az | info@tech.az