Az | EN

Twitter-ə qarşı 9 məhkəmə iddiası qaldırılıb

Bənövşə Kazımova
21 Fevral 2023 16:57
419 baxış
Twitter-ə qarşı 9 məhkəmə iddiası qaldırılıb

Twitter şirkətinə qarşı son aylarda 14 milyon dollarlıq 9 yeni məhkəmə iddiası qaldırılıb. İddiaçılar arasında ofis sahibləri, şirkətin məsləhətçiləri və təchizatçıların olduğu bildirilir.

Ən maraqlı iddialardan biri təxminən 400 min dollar tələb edən “Canary” marketinq agentliyi tərəfindən açılıb. Sənədlərdə göstərilir ki, sosial şəbəkənin rəhbərliyi Mask üçün hədiyyə dəstinin pulunu ödəməyib. Məlumata görə, dəstə loqolu Yapon viskisi, gödəkçə və 250 dollardan baha olan corab daxildir.

Onu da vurğulayaq ki, qaldırılan 9 iddiadan 3-ü ofis icarəsi ilə bağlıdır İddialarda qeyd olunub ki, şirkət dekabr və yanvar aylarında binalar üçün ödəniş etməyib. Hətta bu səbəbdən Sinqapur ofisinin əməkdaşları 2023-cü ilin əvvəlindən iş yerlərinə gedə bilmirlər.

© copyright 2022 | tech.az | info@tech.az