Az | EN

“Twitter”ə yeni funksiya gəlir

Bənövşə Kazımova
11 Yanvar 2023 16:38
309 baxış
“Twitter”ə yeni funksiya gəlir

Yaxın müddət ərzində “Twitter” platformasına mətn formatlama funksiyasının əlavə olunacağı bildirilib.

Bu barədə məlumatı amerikalı sahibkar İlon Mask sosial şəbəkədəki səhifəsində verib. Mask paylaşımında “Bu rübdə biz qalın şrift, alt xətt və şrift ölçüsü kimi sadə formatlaşdırma xüsusiyyətlərini əlavə edəcəyik”, – deyə qeyd edib.

Xatırladaq ki, bundan əvvəl da Mask “Twitter”də yeni funksiyalar, o cümlədən uzun mətnlər və interfeysin kütləvi yenilənməsi haqqında məlumat vermişdi. O, bu yeniləmənin təfərrüatlarını isə hələlik açıqlamayıb.

© copyright 2022 | tech.az | info@tech.az