Az | EN

Twitter-ın rəqibi Bluesky Social tətbiqinin istifadəçi sayı 100 mini keçib

Səbinə Eyvazova
01 İyun 2023 16:40
179 baxış
Twitter-ın rəqibi Bluesky Social tətbiqinin istifadəçi sayı 100 mini keçib

Twitter-in keçmiş qurucusu Cek Dorsinin rəqib sosial media tətbiqi Bluesky Social-ın istifadəçi sayı 100 mini keçib.

Yeni proqram 2021-ci ildə populyar olam Clubhouse kimi dəvət sistemi ilə işləyir. Bir sözlə, hər kəsin birbaşa girib istifadə edə bilmədiyi bu proqram artıq 100 min istifadəçi sayını keçərək gündəmə çevrilib. Son məlumatlara görə, platformada paylaşım sayı isə 3,1 milyonu keçib. Bu, dəvət sistemi ləğv edilərsə və gələcəkdə geniş ictimaiyyətə təqdim olunarsa, Maskın Twitter üçün nəhəng rəqibinə çevriləcəyi söylənilir.

© copyright 2022 | tech.az | info@tech.az