Gəldiyi ilk gündən bir çox işçinin yollarını ayıran Mask indi də qərargahdakı əşyaları hərraca çıxarıb.
Məlumat üçün vurğulayaq ki, Twitter-in San-Fransiskodakı baş qərargahındakı yüzlərlə stul, masa, heykəllər və bir çox digər "korporativ ofis aktivləri" özəl şirkət tərəfindən hərraca çıxarılıb.
Onlayn auksion təklifləri bütün əşyalar üçün 25 dollardan 50 dollara qədər başlayır. Bununla belə, Twitter loqosuna isə ilkin olaraq 12 min dollara təklif edilib. Twitter-in quş loqosunun təxminən 1,5 metrlik heykəli hərracda 100.000 dollara satılıb.
Bəzi istifadəçilər İlon Maskın hesabları ödəmək üçün şirkət əşyalarını satdığını irəli sürdülər.