Az | EN

Twitter təhlükəsizlik problemlərindən birini həll edib

Fidan Abbaszadə
08 May 2023 16:09
309 baxış
Twitter təhlükəsizlik problemlərindən birini həll edib

Aprel ayında Twitter-in Circle funksiyasında xəta olması ilə bağlı məlumatlar yayılmışdı. Seçilmiş müəyyən bir qrupa ünvanlanmış olan tvitlərin hər kəs tərəfindən görülməsi isə Circle funksiyasından istifadə edən şəxsləri narahat etmiş, lakin məsələyə aydınlıq gətirilməmişdi. Nəhayət şirkət məsələyə ilə bağlı açıqlama verib.

Twitter problemin dərhal həll edildiyini iddia edib. Şirkət həmçinin üzrxahlıq edərək: “Twitter istifadəçilərin məxfiliyini qorumağa sadiqdir və biz bu tip bir hadisənin gətirə biləcəyi riskləri başa düşürük. Belə bir hadisənin baş verməsinə görə dərin təəssüf hissi keçiririk”, - deyə bildirib.

Qeyd edək ki, Twitter oktyabr ayında Maskın şirkəti satın almasından sonra artan sayda texniki problemlərlə üzləşib. Milyarder şirkətin işçi qüvvəsinin ən azı 60 faizini ixtisar edərək, yüksək səviyyəli rəhbərlərdən ibarət bir çox texniki komandanı işdən çıxarıb. 

© copyright 2022 | tech.az | info@tech.az