Bu gündən etibarən, Instagram-ın Twitter alternativi Threads artıq veb versiyada əlçatandır.
Bir neçə gün öncə bu haqda məlumat Threads rəsmiləri tərəfindən verilmişdi.
Yeni veb versiya istifadəçilərə öz lentlərində yazılar yaratmağa, onlara baxmaq və qarşılıqlı əlaqə yaratmağa imkan verir və Threads növbəti bir neçə həftə ərzində daha çox funksionallığın əlavə ediləcəyini vəd edir.
Threads-in təqdim edildiyin andan etibarən istifadəçi sayının sürətlə artaması (24 saata 30 milyon) ilə rekorda imza atmışdı. Meta şirkətinə məxsus olan sosial şəbəkə Twitter-in (X) alternativi kimi təqdim edilib. İstifadəçilər sosial şəbəkədə yazı və media faylları paylaşa bilirlər. Rekordun ardınca isə Threads öz enişini yaşamağa başladı. Belə ki, artıq sosial şəbəkə öz istifadəçilərini sürətlə itirir.