Az | EN

Visa kriptovalyuta pul kisəsi üzərində işləyir

Bənövşə Kazımova
29 Oktyabr 2022 20:30
212 baxış
Visa kriptovalyuta pul kisəsi üzərində işləyir

Visa öz kriptovalyuta pul kisəsini istifadəyə verməyə hazırlaşır. Bu istiqamətdə işlər görən şirkət səylərini artırıb.

Belə ki, Visa-nın kriptovalyuta ilə bağlı bir neçə əmtəə nişanı əldə etmək üçün müraciət etdiyi də bildirilir. Şirkət həmçinin kriptovalyutaların və digər blokçeyn aktivlərinin auditi üçün istifadə olunan proqram təminatı üçün də müraciət edib.

Visa öz müştərilərinə istifadəçilərin virtual aləmdə qarşılıqlı əlaqədə ola biləcəyi virtual mühit təqdim etməyi planlaşdırır. Xatırladaq ki, o, ötən ilin oktyabr ayında rəqəmsal aktivləri dəstəkləmək üçün NFT proqramını işə salıb. Bundan əlavə, o, CryptoPunk kolleksiyasından bir NFT də alıb. Hətta bu yaxınlarda kriptovalyuta birjası FTX də kriptovalyuta kartlarını 40 ölkədə istifadəyə verməsi üçün Visa ilə əməkdaşlığa başlayıb.

Bütün bunlar Visa-nın kriptovalyuta sahəsinə əhəmiyyət verdiyinin göstəricisidir.

© copyright 2022 | tech.az | info@tech.az