Az | EN

VK "Uchi.ru" təhsil platformasını satın almaqla onun yeganə sahibi olub

Bənövşə Kazımova
20 Fevral 2023 16:56
298 baxış
VK "Uchi.ru" təhsil platformasını satın almaqla onun yeganə sahibi olub

2020-ci ilin sonunda Uchi.ru təhsil platformasının 25% payını 3,75 milyard rubla satın alan VK indi də platformanın qalan 75%-ni 8,7 milyard rubla satın alıb. Bununla da, şirkət platformanın yeganə sahibi olub.

Məlumat üçün nəzərinizə çatdıraq ki, platforma məktəblər də daxil olmaqla, bəzi təhsil müəssisələri üçün, eləcə də imtahanlara hazırlaşmaq üçün interaktiv kurslar təqdim edir. VK-ya görə, xidmət məhsullarından 12 milyondan çox tələbə və 800 min müəllim istifadə edir.

Platformanın təqdim etdiyi xidmətlərə həmçinin Uchi.Doma onlayn repetitorlar məktəbi, Uchi.Answers təhsil saytı, proqramlaşdırma, riyaziyyat və ingilis dili üzrə oflayn dərnəklər və mərkəzlər şəbəkəsi və YaKlass təhsil xidməti aiddir.

Ümumilikdə isə VK-nin digər təhsil layihələrinə Skillbox, GeekBrains, SkillFactory, Umskul, Tetrika və başqaları daxildir.

© copyright 2022 | tech.az | info@tech.az